28 yanvar 2013 01:33
Yığmamızın yarımmüdafiəçisi Türkiyə klubuna keçə bilər
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Vəkil Talıbov Türkiyə klubuna keçə bilər. Azerisport.az xəbər verir ki, 17 yaşlı oyunçumuzun xidmətində “Antalyaspor” və “Denizlispor” klublarının maraqlı olduğu bildirilir.
Vəkilov mart ayında Antalyaya baxışa yollanacaq. Mümkündü ki, həmin vaxt millimizin üzvü ilə bağlı qərar qəbul olunsun.
Qeyd edək ki, U-19 yığmamız hazırda Antalyada təlim-məşq toplanışındadı. Komandamız toplanış çərçivəsində “Anji” (Rusiya), “Şaxtyor” (Ukrayna) və “Young Boys” (İsveçrə) klublarının əvəzedici heyəti ilə yoxlama oyunu keçirəcək. Bu oyunlarda Türkiyə klublarının skautları Vəkilovla yanaşı digər futbolçularımızı da yaxından izləyəcəklər.
