27 yanvar 2013 13:58
Bakı daha beş legioner dəvət etdi
Türkiyənin Antalya şəhərindəki hazırlıqlarını davam etdirən “Bakı”nın düşərgəsinə yeni futbolçular gəlib. Azerisport.az xəbər verir ki, onların hamısı legionerlərdi.
Paraqvaydan iki futbolçu gəlib. Bunlar Britaz Vera və Qabrera Akunadı. Daha iki futbolçu Rumıniyadan təşrif buyurub – Lusian Qoyan və İliye İordaçe. Həmçinin makedoniyalı Krste Velkovski də “zolaqlılar”ın heyətində baxışda olacaq.
Bu futbolçular barədə qarşıdakı günlərdə qərar verilməsi gözlənilir.
