28 yanvar 2013 02:14
Türkiyə Super Liqasında şok istefalar
Futbol üzrə Türkiyə Super Liqasında şok baş məşqçi istefaları baş tutub. Azerisport.az xəbər verir ki, ən maraqlı məqamlardan biri hər iki istefanın eyni gündə baş tutması olub.
Belə ki, öncə “Trabzonspor”un baş məşqçisi Şenol Günəş istefa verib. O, bununla bağlı qərarını Türkiyə Super Liqasında “Elazığspor”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra açıqlayıb. Qeyd edək ki, bu mövsüm uğursuz oyunlar keçirən “Trabzonspor 19 turdan sonra turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Şenol Günəşdən sonra isə “Bursaspor”un baş məşqçisi Ərtuğrul Sağlam da tutduğu vəzifədən getdiyini açıqlayıb. “Bursaspor” da son turda “İstanbul BB” klubuna 1:4 hesabı ilə uduzub. Bursa təmsilçisi 19 turdan sonra turnir cədvəlində 6-cı yeri tutur.
