28 yanvar 2013 02:22
Afrika Millətlər Kuboku: İlk pley-offçular müəyyənləşdi
Futbol üzrə Afrika Millətlər Kuboku davam edir. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin doqquzuncu oyun günündə A qrupu çərçivəsində son iki oyun baş tutub.
Kape Verde Anqola millisi ilə üz-üzə gəlib. Tərəflərin 90 dəqiqəlik mübarizəsindən birincilər qalib ayrılıblar. Nəticədə bu komanda pley-off mərhələsinə vəsiqə qazanıb.
Günün digər oyununda isə turnirin ev sahibləri – Cənubi Afrika Respublikası Mərakeş ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib. Buna baxmayaraq, CAR qrup birincisi kimi növbəti mərhələyə çıxıb.
Qeyd edək ki, onuncu oyun günündə B qrupu çərçivəsində Konqo Demokratik Respublikası Mali, Niger isə Qana ilə üz-üzə gələcək.
Afrika Millətlər Kuboku
A qrupu
27 yanvar
Kape Verde – Anqola – 2:1
Qollar: Varela, 81, Heldon, 90 – Neves, 33-öz qapısına.
Mərakeş – CAR – 2:2
Qollar: Adua, 10, Hafidi, 82 – Mahlanqu, 71, Sanqveni, 87.
| 1 | CAR | 3 | 1 | 2 | 0 | 4 | 2 | +2 | 5 |
| 2 | Kape Verde | 3 | 1 | 2 | 0 | 3 | 2 | +1 | 5 |
| 3 | Mərakeş | 3 | 0 | 3 | 0 | 3 | 3 | 0 | 3 |
| 4 | Anqola | 3 | 0 | 1 | 2 | 1 | 4 | –3 | 1 |
