28 yanvar 2013 02:55
Xəzər Lənkəran Fenerbahçe ilə əməkdaşlığa başlayır
"Xəzər Lənkəran"ın baş məşqçisi Karles Martorell dünən klubun fəxri prezidenti Mübariz Mənsimovun təşəbbüsü ilə İstanbulda Türkiyənin köklü klublarından olan "Fenerbahçe" futbol klubunun prezidenti Aziz Yıldırım və komandanın baş məşqçisi Aykut Kocaman ilə görüşüb. Azerisport.az xəbər verir ki, tərəflər birlikdə "Fenerbahçe" klubunun aşağı yaş qrupu komandasının "Galatasaray"a qarşı keçirdiyi matçını izləyiblər.
Matçdan sonra dəyirmi masa ətrafında "Xəzər Lənkəran" və "Fenerbahçe" arasında sıx əməkdaşlıq məsələləri də müzakirə olunub. O cümlədən qarşıda futbolçu mübadiləsi haqqında məsələ də görüşün əsas müzakirə mövzusu olub.
Gələcəkdə bu cür görüşlərin mütəmadi keçirilçəsi nəzərdə tutulub.
