27 yanvar 2013 15:22
Turan Gürcüstan klubu ilə sınaq matçı keçirməyə gedir
“Turan” yoldaşlıq oyunu keçirmək üçün Gürcüstana gedir. Azerisport.az xəbər verir ki, Əfqan Talıbov yetirmələrini qonşu ölkənin “Çixura” klubu ilə görüşdə sınamağa hazırlaşır.
Qarşılaşma yanvarın 31-də baş tutacaq. Matçdan sonra vətənə qayıdacaq Tovuz klubu hazırlıqlarını ölkə ərazisində davam etdirəcək.
Qeyd edək ki, “Çixura” 22 turdan sonra Gürcüstan çempionatında 4-cü yeri tutur.
