27 yanvar 2013 15:45

Branimir Subaşiç: Xəzər Lənkəran mövzuvu mənim üçün qapanıb

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Branimir Subaiç Türkiyədəki hazırlıq prosesi çərçivəsində Litva “Ekranas”ına qarşı yoxlama oyunundan (1:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Ağdam klubunun heyətindəki debüt matçınız haqda nə deyə bilərsiz?
- Oyundan öncə baş məşqçi ilə söhbət etmişdik. Qurban Qurbanov bildirmişdi ki, mən də bu oyunda 20 dəqiqə oynayacam. Əlbəttə, mənim üçün o qədər də uğurlu debüt sayıla bilməz. Amma ümid edirəm ki, tezliklə forma yığa biləcəm və komanda yoldaşlarımla rəqabət aparacam.
 
- Sizin “Qarabağ”a keçidiniz necə alındı?
- İnanın ki, heç özüm də “Qarabağ”a necə gəldiyimi bilmədim. Yəqin ki, maraq var imiş. Danışıqlarımız alındı. Prinsipcə, mən bu klubu yaxşı tanıyıram. Azərbaycanda ən güclülərdən biridi. Burda məni hər kəs əla qarşıladı.
 
- Yeni klubunuzda çoxlu keçmiş komanda yoldaşlarınız var...
- Bəziləri ilə birgə oynamışam. Elə məşqçi Zaur Tağızadə ilə də. “Qarabağ”da tanımadığım futbolçu yoxdu.
 
- Hazırda 90 dəqiqə oynamağa hazır deyilsiz...
- Mənim indiki durumum ağırdı. “Neftçi” ilə oyun zamanı zədə aldım və uzun müddət məşq etmədim. İndi isə fiziki kondisiyalarımı yaxşılaşdırmağa çalışıram.
 
- “Qarabağ”a keçəndə düşündünüz ki, ehtiyatda qalmalı olacaqsız?
- İndi mənim əsas hədəfim yaxşı forma yığmaqdı. Sonra nə olacağını zaman göstərəcək. Sağlam, yaxşı rəqabət heç bir komandaya, futbolçuya zərər vermir. Bizi çempionatda çoxlu oyun gözləyir. Təbii ki, bu oyunlarda meydana çıxmaq üçün mən də əlimdən gələni edəcəm.
 
- Çempionluğa inanırsız?
- “Qarabağ” gözəl və baxımlı futbol nümayiş etdirir. Hesab edirəm ki, Premyer Liqanı brinci pillədə vurmaq ehtimalımız yüksəkdi və real görünür.
 
- Bəs “Xəzər Lənkəran” haqda nə deyə bilərsiz?
- Bu mövzu mənim üçün artıq bağlanıb. Mən onlardan danışmaq istəməzdim. Hamı ilə normal münasibətlərim qalıb. Yalnız bunları deyə bilərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.