27 yanvar 2013 18:00
Qəbələ Metallurg ilə sülhə razılaşdı (YENİLƏNİB)
Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün qardaş ölkədə üçüncü yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar”ın bu dəfəki rəqibi Ukrayna təmsilçisi "Metallurg" (Zaparojye) olub.
Əsası 1935-ci ildə qoyulan "Metallurg" Ukraynanın köklü klublarından hesab edilir. Komanda hazırda Ukrayna Premyer Liqasında mübarizə aparır. Bu komanda ilə qarşılaşma "Qəbələ" üçün heç-heçə başa çatıb.
Qeyd edək ki, “Qəbələ” ilk matçını Almaniyanın "Ingolstadt" klubuna qarşı keçirmiş və 3:4 hesabıyla məğlub olmuşdu. Ukraynanın "Volın" klubu ilə görüşdə isə 2:1 hesablı qələbə qeydə alınmışdı.
Yoxlama oyunu
27 yanvar
QƏBƏLƏ – METALLURG - 1:1
Qol: C.Sultanov, 49 (1:0)
"Qəbələ"nin start heyəti: Dieqo, Kalabane, Kelhar, Valentiç, Pulhak, Baxşiyev, Çertoqanov, Heydərov, Abdullayev, Mendi, İmaməliyev.
