28 yanvar 2013 17:48
Xəzər Lənkəranın son rəqibi bəlli oldu
Antalyadakı təlim-məşq toplanışı çərçivəsində "Xəzər Lənkəran"ın fevralın 2-nə nəzərdə tutulan son yoldaşlıq oyunundakı rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, Bolqarstanın Premyer Liqa təmsilçisi "Etır" klubudu.
Bu oyundan sonra komanda Antalyada daha 2 gün hazırlıq keçib vətənə dönəcək.
Hazırda isə məşqlər davam edir. Komanda növbəti rəqiblə görüşə hazırlaşır. Xəbər verdiyimiz kimi, yanvarın 30-da "Xəzər Lənkəran" Moldovanın "Zimbru" klubu ilə qarşılaşacaq.
