28 yanvar 2013 18:11
Elnur Allahverdiyev: Subaşiç Güləçdən daha güclüdü
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev azerisport.az saytına müsahibəsində komandasının Antalyadakı toplanışını dəyərləndirib, digər sualları cavablandırıb.
- Toplanış necə gedir?
- Asan deyil. Gündə iki məşq keçirik. Məşqçilər futbolçuları mümkün qədər çox yükləməyə çalışırlar. Son iki yoxlama oyununda məğlub olduq. Amma bu məğlubiyyətlər də daha çox ağır məşqlərin yorğunluğundan irəli gəlirdi. Bütövlükdə, pis hazırlaşmırıq.

- “Krivbass” (0:6) və “Timisioara”ya (0:2) məğlubiyyətlər komandaya necə təsir etdi?
- Məğlubiyyət məğlubiyyətdi. Bu, həmişə arzuolunmaz şeydi. Məsələn, Ukrayna klubu ilə oyunu götürək. Komanda həmin gün səhər trenajor zalda məşq etmişdi. Oyunda çoxlu əvəzetmələr oldu. Bütün bunların fonunda rəqib də altı qol vurmağa imkan tapdı. Amma bu, səbəb deyil. İstənilən halda belə xoşagəlməz məğlubiyyətlə üzləşməməliydik.

- Toplanışlarda bu qədər qol buraxdığınız yadınıza gəlir?
- Karyeramda belə bir şey olmamışdı. Elə “Timisioara”ya da məğlubiyyət üzücü idi. Deməzdim ki, bu komanda yüksək səviyyəli klubdu. Lakin bir şeyi də qəbul etmək lazımdı ki, bunlar sadəcə yoxlama oyunlarıdı.

- Sizcə, gənc qapıçı Orxan Sadıqlı ilə qarşıya qoyulan hədəflərə çatmaq mümkündü?
- O, mənim kiçik qardaşım kimidi. Çox istərdim ki, qapımızı həmişə o qorusun. Lakin çempionluğa oynayırıqsa, daha təcrübəli qapıçıya ehtiyacımız var. Orxana hələ vaxt lazımdı. Hazırda xorvatiyalı Filip Lonçariç də baxışdadı. Görək nə çıxır.

- Branimir Subaşiç getdi, Gökhan Güleç gəldi. Ondan nə gözləyirsiz?
- Kağız üzərində türkiyəli hücumçu daha güclü təsir bağışlayır. Amma biz gördüklərimizə əsasən Subaşiçi daha güclü hesab edə bilərik. O, yerli futbolçu idi və futbolumuzu da gözəl bilirdi. Sadəcə, Subaşiçə komandamızda çətin idi. Öz səviyyəsini göstərə bilmədi. Ümid edirəm ki, Güleç qollar vura biləcək.

- Son məğlubiyyətlər sizi pessimist düşünməyə məcbur etmir ki?
- Belə olmamalıdı. Qarşıda daha iki sınaq matçımız var. Artıq qələbə qazanmaq istəyirik. Bu iki oyun bizi yeni səviyyəyə çıxarmalıdı. Axı qarşıda bizi daha çətin oyunlar gözləyir.