28 yanvar 2013 19:25
Malaganın sabiq oyunçusu rəsmən Xəzər Lənkəranda (FOTO)
Bu gün "Xəzər Lənkəran" Futbol Klubu ispan futbolçu Alvaro Silva Linareslə 1,5 illik müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, 28 yaşlı Alvaro Anatalyada komandanın düşərgəsinə baxışa gələn ilk futbolçulardandı.
Bu müddət ərzində keçirilən məşqlərdə və onun iştirak etdiyi 1 yoldaşlıq oyununda ispan futbolçu özünü kifayət qədər etibarlı müdafiəçi kimi göstərə bilib.
Alvaro Silva Linares mərkəz müdafiəçisi mövqeyində oynayır. O, 2006-2009-cu illərdə İspaniyanın “Malaga”, daha sonra icarə əsasında “Xerez” klubunda, 2009-2011-ci illərdə İspaniyanın “Cadiz” klubunda və 2011-2012-ci illərdə Rumıniyanın “Petrolul Ploesti” klubunda oynayıb. Alvaro Silva Linaresin son çıxış etdiyi klub İspaniyanın “Xerez” klubu olub.
