28 yanvar 2013 23:29
Ramiz Məmmədov oyunçularını təriflədi
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Petrolul” klubuna qarşı keçirdikləri yoxlama matçını şərh edib. Azerisport.az saytına müsahibəsində o, 2:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları dilə gətirib:
“Yaxşı oyun alındı. Fiziki cəhətdən yavaş-yavaş artırırıq. Düzdü, bir qədər yorğunluq var idi. Bəzi futbolçular hətta mənə şikayətlənirdilər də. Lakin keçmiş futbolçu kimi bir söz deyə bilərəm ki, bütün bunlara dözmək lazımdı. Futbolçularım bu gün oyunun tempini əllərində saxladılar, yaxşı sürətli oyun sərgilədilər. Hamıdan razı qaldım. Xüsusilə də Amit Quluzadədən. O, özünü 200 faiz göstərə bildi”.