28 yanvar 2013 11:26

Pulhak: Bu, jurnalistlərin uydurmasıdı

“Qəbələ”nin yeni müdafiəçisi Kristian Pulhak bölgə təmsilçisi ilə müqavilə imzalayıb. Rumıniyalı futbolçu “qırmızı-qaralar”la münasibətlərini rəsmiləşdirdikdən sonra azerisport.az saytına müsahibə verib.
 
- Azərbaycan klubuna keçidinizlə bağlı nə deyə bilərsiz?
- Ölkənizdə mənim xeyli dostlarım çıxış edir. Mənə belə bir təklif gələn kimi, ilk növbədə onlarla məsləhətləşdim. Bütün amilləri nəzərə aldım və “Qəbələ”nin təklifini müsbət qiymətləndirdim.
 
- Əsas məsləhətçiniz kim oldu?
- Manuel Skarlatake. O, mənim yaxın dostumdu. Daha çox onunla danışdım. Gördüyünüz kimi, o, hətta “Qəbələ”nin “Metallurg”la yoxlama matçını izləməyə də gəlib. Oyundan sonra bir qədər söhbətləşdik. Qərara aldıq ki, növbəti dəfə komandalarımızın Çempionlar Liqasındakı oyununda görüşək.
 
- Bəs bu təklifi Skarlatakenin komandası – “Xəzər Lənkəran” irəli sürsəydi, onda necə edərdiniz?
- Mən “Qəbələ”nin futbolçusuyam və bundan razıyam. Amma əgər “Xəzər Lənkəran”dan dəvət alsaydım, bu kluba da keçə bilərdim. Onu qeyd etməliyəm ki, “Qəbələ” ilə yanaşı başqa xarici klublardan da təkliflər almışdım. Amma mən Azərbaycana gəlməyə qərar verdim.

- Transferinizdən öncə Rumıniya mətbuatı artıq sizin “Qəbələ”də ilinizə 200 min dollar qazanacağınızı açıqladı...
- Mən Azərbaycanda nə qədər qazanacağımı heç kimə deməmişəm. Bu barədə jurnalistlər məndən hətta Buxarest aeroportunda da soruşdular. Heç kimə bu barədə bir söz demədim. Ola bilsin ki, jurnalistlərin uydurmasıdı. Mən yeni klubumla anlaşmanın maliyyə tərəfini açıqlamaq istəmirəm.

- Son dövrlər Azərbaycana rumın futbolçuların gəlişində artım hiss olunur...
- Hər kəsin öz səbəbləri var. Kimsə pul üçün gəlir, kimsə vəziyyəti dəyişmək istəyir.
 
- Bəs sizin gəlişinizin səbəbi nədi?
- Mənim bir neçə səbəbim var. Amma bu barədə danışmaq istəmirəm.
 
- Rəqibləriniz haqda nə bilirsiz?
- Rəqiblərimiz çoxdu. “Neftçi”ni öncədən də tanıyırdım. Yaxşı komandadı. Buna baxmayaraq, hesab edirəm ki, mənim indiki komandam da güclüdü. “İnter”i də görmüşəm. Bir il öncə daha bir Azərbaycan klubu ilə qarşılaşmışdıq. Amma hansı olduğunu xatırlamıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.