28 yanvar 2013 11:37
Yığmamızın daha bir rəqibi bəlli oldu
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda mübarizə aparacaq sonuncu komanda müəyyənləşib. Azerisport.az xəbər verir ki, millimizin üçüncü rəqibi ilkin seçmə mərhələnin F qrupunda 1-ci yeri tutmuş Norveç yığmasıdı.
Beləliklə, mübarizəyə əsas seçmə mərhələdə başlayacaq millimiz 2-ci qrupda Slovakiya, Bosniya və Herseqovina və Norveç yığmaları ilə qarşılaşacaq.
Bu qrupun oyunları martın 27-dən 30-dək Slovakiyada keçiriləcək.
