28 yanvar 2013 12:05
Millimiz 3 qol vurduğu oyunda qələbə qazana bilmədi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız "Pursaklar Bələdiyyəspor" komandası ilə qarşılaşıb.
Oyun 3:3 hesabı ilə başa çatıb. U-17-nin heyətində Şahban Cəbrayılov, Mahir Mədətov və Umar Akmurzayev fərqlənib.
