28 yanvar 2013 12:12
Millimiz almanlar üzərində qələbə qazandı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Almaniyanın "Hamburq" klubu ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb.
Qolları Rizvan Umarov və Firuz Yusupov vurub.
