29 yanvar 2013 00:20
Sumqayıt Kəpəzlə yoxlama matçı keçirəcək
Topaz Premyer Liqasının ikinci mərhələsinə hazırlaşan "Sumqayıt" Futbol Klubu məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, Bernard Raabın komandası hazırlıq mərhələsi çərçivəsində fevralın 2-də növbəti yoxlama oyununa çıxacaq.
Sumqayıtlılar "Kəpəz"i sınağa çəkəcəklər. "Dalğa Arena"da baş tutacaq qarşılaşma saat 12:00-da başlayacaq.
