28 yanvar 2013 13:21
Kəpəz istirahətə buraxıldı
Təlim-məşq toplanışını Bakıda keçirən "Kəpəz" hazırlıq prosesinə fasilə verib. Azerisport.az xəbər verir ki, "Neftçala" klubu ilə yoxlama oyunundan sonra baş məşqçi Mahmud Qurbanov yetirmələrinə istirahət verib.
Komanda üzvləri iki gün dincələcəklər. "Kəpəz" məşqləri yanvarın 30-da bərpa edəcək. Həmin gün səhər məşqi üçün futbolçular "Dalğa Arena"da bir araya gələcəklər.
