29 yanvar 2013 00:57

Qəbələ - Petrolul matçında nələr baş verdi (VİDEO)

Xəbər verdiyimiz kimi, Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" qardaş ölkədə 4-cü yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Ramiz Məmmədovun yetirmələrinin bu dəfəki rəqibi Rumıniya təmsilçisi "Petrolul" olub.
 
"Qəbələ" meydançaya aşağıdakı start heyətlə çıxıb: Anar Nəzirov, Valentiç, Omar Kalabane, Deyan Kelhar, Pulhak, Amit Quluzadə, Aleksandr Çertoqanov, Rəşad Abdullayev, Dodo, Viktor Mendi, Yannik Kamanan.
 
Matçın ilk dəqiqələri tərəflərin kəşfiyyat xarakterli hücumları ilə start götürüb. Dəqiqələr irəlilədikcə üstünlüyə yiyələnən "Qəbələ" 7-ci dəqiqədə hesabı açıb. Yannik Kamanan Dodonun ötürməsini dəqiq zərbə ilə tamamlayıb - 1:0. Hissənin sonunadək Kamanan dah bir fərqlənmək imkani qazansa da, top qapıdan yan keçib.
 
Rəqib ikinci hissəyə daha sürətli başlayıb. Təzyiqi artıran "Petrolul" bir neçə təhlükəli hücum təşkil etsə də, müdafiə xəttinin diqqətli oyunu hesabın dəyişməsinə imkan verməyib. Əvəzində final fitinə 10 dəqiqə qalmış "Qəbələ" ikinci dəfə rumunları meydançanın mərkəzinə dəvət edib. Rəşad Abdullayevin qüvvətli zərbəsi rəqib qapıçı üçün qarşısıalınmaz olub - 2:0. 
 
Beləliklə, "Qəbələ" Antalyada keçirdiyi 4-cü oyundan qalibiyyətlə ayrılıb. Toplanış çərçivəsində növbəti görüş yanvarın 30-da baş tutacaq. "Qəbələ" digər Rumıniya təmsilçisi "Styaua" ilə qarşılaşacaq. Matça Bakı vaxtı ilə 20:30-da start veriləcək.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.