28 yanvar 2013 13:56
Tərəqqi yoxlama matçında qalib gəldi
Gəncənin Birinci Diviziondakı təmsilçisi "Tərəqqi" yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, gəncəlilər "Simurq"un əvəzedici heyəti ilə qarşılaşıblar.
Gəncə şəhər stadionunda reallaşan görüşü milli dərəcəli hakim Rəşad Abbasovun başçılıq etdiyi hakimlər briqadası idarə edib. Matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Tərəqqi"dən qolları Orxan Əlibalayev və Ülvi Aslanov rəqib qapısından keçirib.
