29 yanvar 2013 01:14
Afrika Millətlər Kuboku: Mali və Qana da pley-offda!
Futbol üzrə Afrika Millətlər Kuboku davam edir. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin onuncu oyun günündə B qrupu çərçivəsində son iki oyun baş tutub.
Konqo Demokratik Respublikası Mali millisi ilə üz-üzə gəlib. Tərəflərin 90 dəqiqəlik mübarizəsində qalib müəyyənləşməyib.
Günün digər oyununda isə Qana Nigerlə üz-üzə gəlib. Qanalılar rəqibi 3 cavabsız qolla məğlub ediblər.
Bu nəticələrdən sonra Qana qrup lideri kimi pley-off mərhələsinə vəsiqənin sahibi olub. İkinci yer isə Maliyə qismət olub.
Qeyd edək ki, 11-ci oyun günündə C qrupu çərçivəsində Burkina Faso Zambiya, Efiopiya isə Nigeriya ilə üz-üzə gələcək.
Afrika Millətlər Kuboku
B qrupu
28 yanvar
Konqo DR – Mali – 1:1
Qollar: Mbokani, 3-pen – Samassa, 14.
Niger – Qana – 0:3
Qollar: Qyan, 6, Atsu, 23, Boye, 49.
| 1 | Qana | 3 | 2 | 1 | 0 | 6 | 2 | +4 | 7 |
| 2 | Mali | 3 | 1 | 1 | 1 | 2 | 2 | 0 | 4 |
| 3 | Konqo | 3 | 0 | 3 | 0 | 3 | 3 | 0 | 3 |
| 4 | Niger | 3 | 0 | 1 | 2 | 0 | 4 | –4 | 1 |
