28 yanvar 2013 13:45
Rəşad Sadiqov: Azərbaycanda Kiyev Dinamosu səviyyəsində futbolçu yoxdu
“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov keçmiş komanda yoldaşlarına – “Qarabağ”ın düşərgəsinə baş çəkib. Yığmamızın futbolçusu bu münasibətlə azerisport.az saytının bəzi suallarını cavablandırıb.
- Keçmiş komanda yoldaşlarım, məşqçilərim üçün darıxmışdım. Onlar hamısı mənə qardaş kimidilər. Bizim yaxşı münasibətlərimiz var.
- “Amkar”a 0:4 hesablı məğlubiyyətə səbəb nə oldu?
- Bizdə fiziki yüklənmə çox idi. Oyuna da qısa istirahətdən sonra çıxmışdıq. Bu, təsirsiz ötüşmədi. Amma düşünürəm ki, bundan qorxulu heç nə yoxdu. Qoy yoxlama oyunlarında uduzaq, öz səhvlərimizi görək. Bunları çempionatda təkrarlamamaq daha vacibdi.

- Baxışda olan futbolçular haqda hansısa qərar çıxarılmayıb?
- Hələ heç nə məlum deyil. Fikrimcə, məşqçilər korpusu hələ onları yoxlamağa davam edirlər.

- Niyə belə uzun çəkdi?
- “Neftçi”də hansısa futbolçuya bir oyuna görə qiymət verilmir. Görünür, yeni legionerləri də tam yoxlamaq və sabit oyun sərgilədiklərinə əmin olmaq istəyirlər.

- Siz onların səviyyəsini necə qiymətləndirə bilərsiz?
- Əgər qismət olsa, gələcəkdə komanda yoldaşı olmağımız istisna deyil. Amma hər şeyə komandanın məşqçilər korpusu qərar verəcək. Yenilərə qiymət vermək bizim səlahiyyətlərimizə daxil deyil.

- Cavid İmamverdiyevdən xəbəriniz var?
- Nəyi nəzərdə tutursuz?
- Nəyi nəzərdə tutursuz?
- O, Kiyev “Dinamo”sunun əsas heyətinə düşə bilməyib...
- Düzünü deyim ki, bunu ilk dəfə sizdən eşidirəm. Amma mənə elə gəlir ki, “Neftçi”nin heyətində oynamaq “Dinamo”nun ikinci komandasında çıxış etməkdən daha yaxşıdı.
- Sizcə, o, niyə kiyevlilərin heyətində möhkəmlənə bilmədi?
- Dəqiq bilmirəm. Məncə, “Dinamo”nun əsas heyətində oynamaq onsuz da real deyil. Özü də burda söhbət təkcə Cavidddən getmir. Bu, bütün azərbaycanlı futbolçulara aiddi. Necə də olmasa, “Dinamo” yüksək səviyyəli komandadı.

- Deməli, “Dinamo”, “Şaxtyor” kimi klublar səviyyəsində futbolçumuz yoxdu?
- Bəli. Amma Ukraynanın digər klubları bizim üçün uyğundu. “Dinamo”nun, “Şaxtyor”un aldığı futbolçuların qiymətlərinə baxın – 5-10 milyon avro. Çempionlar Liqasının qrup mərhələsində çıxış edirlər. Bizim isə bu gün üçün belə yüksək səviyyəli futbolçumuz yoxdu.