29 yanvar 2013 01:33
Qəbələ rumıniyalı futbolçudan imtina etdi
“Qəbələ” baxışda çağırdığı futbolçulardan birini bəyənməyib. Azerisport.az xəbər verir ki, bu, yarımmüdafiəçi George Vasiliudu.
O, bir neçə gün idi ki, bölgə təmsilçisinin Türkiyədəki düşərgəsində məşqlərdə iştirak edirdi. Baş məşqçi Ramiz Məmmədov onu yoxlama oyunlarında da sınaqdan keçirib. Lakin futbolçunun səviyyəsi məşqçilər korpusunu qane etməyib. Bu üzdən də o, geri qaytarılıb.
