28 yanvar 2013 14:02
Yığmamızın Türkiyə klubu ilə heç-heçəsi (VİDEO)
Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız "Pursaklar Bələdiyyəspor" komandası ilə qarşılaşıb və oyun 3:3 hesabı ilə başa çatıb.
