29 yanvar 2013 01:43

Qəbələnin əvəzedicilər Sent-Qallenə məğlub oldu

Yanvarın 2-dən Antalyada toplanışda olan "Qəbələ"nin əvəzedici komandası hazırlıq çərçivəsində 3-cü yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Rusiyanın "Zenit" (0:3) və "Dinamo" (0:0) kollektivlərinin ardından “qırmızı-qaralar” İsveçrənin "Sent-Qallen" klubu ilə üz-üzə gəlib. 
 
Matçın ilk yarısında topa nəzarət edən tərəf "Qəbələ" olsa da, rəqibini əks-hücumlarda yaxalayan isveçrəlilər iki dəfə fərqlənməyə imkan tapıblar və birinci hissə "Sent-Qallen"in 2:0-lıq üstünlüyü ilə tamamlanıb.
 
İkinci yarıya oyunçu dəyişiklikləri ilə çıxan "Qəbələ" hissə boyunca diktə edən tərəf olub. Lakin qırmızı-qaraların hücumları yalnız bir dəfə qolla nəticələnib. Rey Məmmədbəyli 70-ci dəqiqədə hesab arasındakı fərqi minimuma endirib. Qırmızı-qaralar final fitinə qədər təzyiqi davam etdirsələr də, matçda başqa qol olmayıb və "Qəbələ" Antalyada keçirdiyi 3-cü oyundan məğlubiyyətlə ayrılıb.
Xatırladaq ki, Luis Araqonun yetirmələri qardaş ölkədə son yoxlama oyununu fevralın 1-i keçirəcək. Sözügedən görüşdə "Qəbələ" Ukraynanın "Karpatı" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.