28 yanvar 2013 14:23
Yığmamızın almanlar üzərində qələbəsi (VİDEO)
Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Almaniyanın "Homburq" klubu ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Rizvan Umarov və Firuz Yusupov vurub.
