29 yanvar 2013 01:56
Georgi Nikolov İnterin düşərgəsində (FOTOREPORTAJ)
"İnter" Türkiyə toplanışı çərçivəsində məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün səhər məşqi öncəsi klubun prezidenti Georgi Nikolov komanda üzvləri ilə görüşüb.
O, məşq prosesi ilə maraqlanıb və hamıya uğurlar arzulayıb. Baş məşqçi Kaxaber Tsxadadze hazırlıq prosesi barədə qısa məlumat verib və yaradılmış şəraitdən razılığını bildirib. Görüşdə komandanın direktoru Natiq Məmmədov da iştirak edib.
Sonra komanda məşqlərə başlayıb. Səhər məşqində fiziki hərəkətləri yerinə yetirən futbolçular sonra kiçik qapılara dəqiq zərbələr endiriblər.
Komanda üzvləri axşam məşqində isinmə hərəkətlərini yerinə yetirməklə yanaşı, taktiki məşğələlər üzərində də çalışıblar.
"İnter" bu gün də iki dəfə məşq edəcək.
