29 yanvar 2013 02:18
Qəbələ Dabo ilə yarım illik müqavilə imzalayacaq
“Qəbələ” baxışa çağırdığı Mustafa Dabo ilə müqavilə bağlamağa hazırlaşır. Azerisport.az xəbər verir ki, seneqallı hücumçu bir neçə gün idi ki, bölgə klubunun Türkiyədəki məşqlərində və yoxlama oyunlarında iştirak edirdi.
O, bu müddət ərzində məşqçilər korpusunun etimadını qazana bilib. Bu üzdən də klub rəhbərliyi onunla münasibətləri rəsmiləşdirməyə qərar verib. Yaxın günlərdə Dabo ilə yarım illik müqaviləyə imza atılacaq. Lakin “Qəbələ” bu futbolçu ilə daha bir illik müqavilə bağlamaq şansını da əlində saxlayır.
