29 yanvar 2013 18:55
Qarabağ Neftçinin məğlub etdiyi kluba qol vura bilmədi (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün dördüncü yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, ağdamlılar bu dəfə Makedoniya təmsilçisi “Turnovo” ilə qarşılaşıblar.
“Qarabağ” – “Turnovo” görüşü ağdamlıların məskunlaşdığı “İC Santai”nin futbol meydançasında baş tutub. Görüş sülhlə bitib.
Qeyd edək ki, “Turnovo” bir neçə gün öncə Azərbaycan çempionu “Neftçi” ilə də üz-üzə gəlmiş və 1:2 hesabıyla uduzmuşdu.
Xatırladaq ki, “Qarabağ” Antalyadakı ilk matçında Rusiyanın “Ural” klubunu 3:2 hesabı ilə məğlub etmişdi. Ukraynanın “Hoverla” klubu ilə görüşdə 1:2, Litva “Ekranas”ı ilə matçda isə 1:3 hesablı məğlubiyyət qeydə alınmışdı.
Yoxlama oyunu
29 yanvar
QARABAĞ – TURNOVO - 0:0
"Qarabağ"ın start heyəti: Fərhad Vəliyev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Maksim Medvedev, Qara Qarayev, Namiq Yusifov, Vüqar Nadirov, Əfran İsmayılov, Riçard Almeyda, Vaqif Cavadov.
