28 yanvar 2013 15:26
Qarabağın 4-cü rəqibi bəlli oldu
“Qarabağ” Antalyada təlim-məşq toplanışına davam edir. Azerisport.az xəbər verir ki, dünən baş məşqçi Qurban Qurbanov tərəfindən istirahət verilən komandanın planında bu gün 2 məşq var.
2 gün öncə “Ekranas”la hazırlıq görüşü keçirən komanda sabah daha bir mücadiləyə çıxacaq. “Qarabağ” təlim-məşq toplanışı çərçivəsində 4-cü matçında “Turnovo” ilə qarşılaşacaq. Makedoniya təmsilçisi ilə görüş Bakı vaxtıyla 17:00-da, Bələkdəki “İC Santai” otelinin futbol meydançasında baş tutacaq.
