28 yanvar 2013 16:14
Bakı bu gün paytaxta qayıdır
Azərbaycan kubokunun qalibi “Bakı” Türkiyə toplanışını başa vuraraq, vətənə qayıdır. Azerisport.az xəbər verir ki, Bojidar Bandoviçin komandası Antalya toplanışı çərçivəsində dörd yoxlama oyununda qüvvəsini sınadı.
Həmin oyunlardan yalnız birində qələbə qazanan “zolaqlılar” hazırlıq prosesi çərçivəsində xeyli legioner futbolçunu da sınaqdan keçirdilər.
Bu gün isə komanda Bakıya yola düşüb. Paytaxt klubu almaq istədiyi futbolçularla bağlı yekun qərarı da məhz paytaxtda qəbul edəcək.
