28 yanvar 2013 16:39
“Karyeramı Azərbaycanda davam etdirmək istəmərəm”
Polşanın “Poloniya” klubunun hücumçusu Vladimir Dvalişvili bəyan edib ki, karyerasını Azərbaycanda davam etdirmək istəmir. Azerisport.az xəbər verir ki, o, Polşa mətbuatına müsahibəsində bunları dilə gətirib:
“Mən başqa ölkələrdən, məsələn Türkiyə, Kipr, Ukraynadan da təkliflər almışdım. Amma mən Polşada qalmağa qərar verdim. Azərbaycan? Karyeramı orda davam etdirmək istəmərəm. Ən azından indiki halda. Lakin istənilən halda bu, o qədər də önəmli deyil. Çünki qərarım “Poloniya”da oynamaqdı”.