29 yanvar 2013 17:17
Qəbələ daha iki futbolçu ilə müqavilə imzalayır
“Qəbələ” baxışa çağırdığı daha iki futbolçu ilə müqavilə bağlamağa hazırlaşır. Azerisport.az xəbər verir ki, bunlar nigeriyalı müdafiəçi İfeani Emeqara və sloveniyalı yarımmüdafiəçi Luka Jinkodu.
Emeqara bölgə təmsilçisi ilə bir illik müqavilə ilə bağlı razılığa gəlib. Jinko isə “6 ay+6 ay” prinsipi ilə müqavilə imzalayacaq.
