29 yanvar 2013 17:26
Neftçi və Qarabağın ardınca AZAL-a rəqib oldu
AZAL-ın yoxlama oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib. Azerisport.az xəbər verir ki, Vaqif Sadıqov yetirmələrini Makedoniyanın “Turnovo” klubu ilə oyunda sınayacaq. Qarşılaşma fevralın 1-də baş tutacaq.
Qeyd edək ki, “Turnovo” artıq Azərbaycan klublarına tanışdı. Belə ki, bu komanda bir neçə gün əvvəl “Neftçi” ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub. Makedoniya klubu bu gün “Qarabağ”la yoxlama oyunu keçirib.
