29 yanvar 2013 17:38
Dörd futbolçu Neftçinin düşərgəsindən ayrıldı
"Neftçi"nin 4 futbolçusu milli komandanın düşərgəsinə yollanıb. Azerisport.az xəbər verir ki, Rəşad Sadiqov, Cavid İmamverdiyev, Eşqin Quliyev və Emil Balayev yığma komandanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən təlim-məşq toplanışında iştirak edəcək.
Milli komandanın hazırlığı 6 fevral tarixinədək davam edəcək.
