29 yanvar 2013 17:43
Azərbaycanın beş klubu Avropanın ən yaxşıları arasında
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ən yaxşı klublarının siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, 2001-2012-ci illəri əhatə edən siyahıda 600 klub yer alıb.
600 klubun arasına Azərbaycan təmsilçiləri də düşüb. Belə ki, 5 klubumuz “Top-600”-də yer alıb. Ən yaxşı göstərici “Neftçi”yə məxsusdu – 287-ci yer. “Qarabağ” 330, “Bakı”, 397, “İnter” 411, “Xəzər Lənkəran” isə 426-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya “Barcelona” (İspaniya) başçılıq edir (3.224,0 xal). “Manchester United” (İngiltərə) ikinci (2.987,0), “Real” (İspaniya) isə üçüncü olub (2.828,0).
İlk onluqda həmçinin “Bayern” (Almaniya), “Arsenal” (İngiltərə), “İnter” (İtaliya), “Liverpool” (İngiltərə), “Celsea” (İngiltərə), “Milan” (İtaliya) və Marsel “Olympique”i (Fransa) də yer alıb.
287. Neftçi – 512,5 xal
330. Qarabağ – 462,5 xal
397. Bakı – 375,5 xal
411. İnter – 354,0 xal
426. Xəzər Lənkəran – 344,0 xal
