29 yanvar 2013 18:25
Neftçinin futbolçusu Qaradağa keçdi
Birinci Divizionun lideri “Qaradağ” heyətini gücləndirib. Azerisport.az xəbər verir ki, Lökbatan təmsilçisi dörd futbolçunun adını sifariş vərəqəsinə əlavə edib.
Belə ki, “Qaradağ” yarımmüdafiəçilər – Rafael Qəvami (MOİK) və Camal Məmmədov (Bakılı), həmçinin hücumçular – Coşqun Süleymanov (Kəpəz) və İlham Allahverdiyevi (Neftçi) heyətinə qatıb.
Qeyd edək ki, “Neftçi” İlham Allahverdiyevi bir müddət əvvəl transferə çıxarmışdı. Premyer Liqa təmsilçisi gənc futbolçusunu təcrübə toplamaq üçün yaya qədər icarəyə vermək niyyətində idi.
