29 yanvar 2013 19:03

Sergey Yuran: Azərbaycan çempionatına bir şərtlə qayıdaram

“Simurq”un sabiq baş məşqçisi, hazırda Rusiyanın “Rostov” klubunu çalışdıran Sergey Yuranın azerisport.az saytına müsahibəsi
 
- “Rostov”da işləriniz necə gedir?
- Mövsümün əvvəlində komandanın qarşısında Premyer Liqadakı yerini qorumaq vəzifəsi qoyulmuşdu. İndi 11-ci pillədə gedirik. Yəni hər şey bir o qədər də pis sayılmaya bilər. Hazırda da çalışmalarımızı davam etdiririk.
 
- Azərbaycan çempionatını izləyirsiz?
- Əlbəttə. Nəticələrlə maraqlanıram. Azərbaycan çempionatı maraqlı turnirdi. Axı çempionluq uğrunda 5-6 komandanın mübarizə aparması həmişə böyük marağa səbəb olur.
 
- “Neftçi”nin Avropa Liqasındakı çıxışını necə qiymətləndirə bilərsiz?
- Əlbəttə, bu, klub üçün böyük bir uğur oldu. Allah eləsin ki, bu, son belə uğur olmasın.

- Keçmiş klubunuz – “Simurq” haqda nə deyə bilərsiz?
- Komanda hazırda ikinci yerdə gedir. Bunda mənim də xidmətlərim var. Mənim dövrümdə çətin idi. Amma çalışırdıq.
 
- Azərbaycanı karyeranızın qısa sürməsini futbolumuzu o qədər də yaxşı tanımamağınızla əlaqələndirmək olar?
- Mənim qarşıma ilk altılığa düşmək vəzifəsi qoyulmamışdı. Bizim üçün əsas elitanı tərk etməmək idi. Əgər belə bir hədəf qoyulsaydı, onda daha yaxşı büdcə tələb edəcəkdim. İstənilən halda mən Zaqatalaya minnətdaram. Azarkeşlər bizi çox yaxşı dəstəkləyirdilər.
 
- Hər şeyə rəğmən Azərbaycan haqda xoş təəssüratlarınızın olduğunu demək olar?
- Özünüz də bilirsiz ki, bu, belədi. Mən hara gedirdimsə, xoş qarşılanırdım.
 
- Deməli, yenidən bura qayıtmağa hazırsız?
- Azərbaycana bir şərtlə qayıdaram: çalışacağım komanda qarşısına ən yüksək hədəfləri qoysun. Mən artıq Azərbaycan futboluna bələdəm, yerli futbolu bilirəm. Burda futbol sevilir. Ən vacibi də budu.
 
- Bu il Azərbaycan və Rusiya yığmaları arasında seçmə mərhələnin oyunu var. Sonda bu qarşılaşma ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Maraqlı oyun olacaq. Moskvadakı görüşdə Rusiya bir top fərqi ilə üstün oldu. Bakıda isə çətin olacaq. Azərbaycan artıq bir dəfə Bakıda Rusiyadan xal ala bilib. Bunu yenidən etməsi də tamamilə mümkündü.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.