30 yanvar 2013 00:25
“Qəbələyə ilk növbədə yaxşı qazanc dalınca gəlmişəm”
“Qəbələ”nin yeni transferi – sloveniyalı yarımmüdafiəçi Luka Jinkonun azerisport.az saytına müsahibəsi
- Yeni klubunuz necədi?
- Hər şey məni qane edir: komanda yoldaşlarım, məşqçilər. Amma hər şey çox gözlənilməz alındı.
- Hər şey məni qane edir: komanda yoldaşlarım, məşqçilər. Amma hər şey çox gözlənilməz alındı.
- Məsələn, nə?
- Bilməzdim ki, nə vaxtsa Azərbaycanda oynayacağam. Baxmayaraq ki, ölkəniz haqda eşitmişdim.
- Əgər sirr deyilsə, nə eşitmişdiniz?
- Avropada sizin futbola ancaq böyük maliyyə yatırımları olunmasından danışırlar. Lakin mən yenə də Azərbaycan çempionatında çıxış edəcəyimi düşünmürdüm.
- Avropada sizin futbola ancaq böyük maliyyə yatırımları olunmasından danışırlar. Lakin mən yenə də Azərbaycan çempionatında çıxış edəcəyimi düşünmürdüm.
- Deməli, siz də Azərbaycana pul dalınca gəlmisiz? Yoxsa əsas hədəf karyera, titullar qazanmaqdı?
- “Qəbələ”yə ilk növbədə yaxşı qazanc dalınca gəlmişəm. Hər kəs kimi mənim də ailəm var və onları saxlamalıyam. Amma mən eyni zamanda uğur da qazanmaq istəyirəm. “Qəbələ” iddialı klubdu. Hər şeydən çox avrokuboklarda oynamağımızı istəyirəm.

- Komandanın səviyyəsi sizi qane edir?
- Ukraynanın “Volın” (2:1) və Rumıniyanın “Petrolul” (2:0) klubları üzərindəki qələbələr çox şeydən xəbər verir. Komanda yaxşı forma yığmaqdadı. Fikrimcə, mövsümün qalan hissəsinə hazırıq. Çempionat oyunlarında da qələbə qazanmaq lazımdı.
- Siz bilirsiz ki, klubunuzun çempionatda daha güclü rəqibləri var? Onları qabaqlamaq üçün siz və komanda yoldaşlarınız karyeralarındakı ən yaxşı oyunlarını sərgiləməlidi...
- Deməli, rəqabət çox yüksəkdi. Premyer Liqadakı klubların əksəri avrokuboklar uğrunda mübarizə aparır. Əgər yaxşı futbol sərgiləmək lazımdısa, biz də buna çalışacağıq. Azərbaycan çempionu olmaq istəyirəm.