29 yanvar 2013 11:25

“Mənə kiməsə 15 min manat verib, 3 xal almaq asan olardı”

“Simurq”un prezidenti Anar Bəkirovun azerisport.az saytına müsahibəsi
 
- Siz Türkiyə toplanışını demək olar ki, komanda ilə birgə keçirirsiz. Hazırlıqlar necə gedir?
- Mən hələ ilk toplanışda da komanda ilə birgə olmalıydım. Lakin bu, alınmadı. Ona görə də hazırlığın ikinci mərhələsinə qoşuldum. Əlbəttə, komandanın bütün hazırlıqlarını yaxından izləmək maraqlıdı. Mənim iki işim var. Bu da müəyyən problemlər yaradır. Amma istənilən halda “Simurq”un işlərinə görə cavabdeh mənəm. Bu, böyük bir məsuliyyətdi. Hazırda məşqlərlə yanaşı yeni futbolçuları da sınaqdan keçirməyə çalışırıq. Bilirsiz ki, qışda yaxşı futbolçu tapmaq çətindi. Nəzərə alsaq ki, “Simurq”un büdcəsi ilk altılıqdakı digər klublardan çox fərqlənir, biz hər istədiyimiz futbolçunu ala bilmirik. Qarşımıza ilk altılığa düşmək vəzifəsi qoyulub. Biz demək olar ki, sıfırdan başlamışıq. Yaxşı yadıma gəlir ki, Avstriya toplanışı zamanı futbolçularla müqavilə də bağlaya bilmirdik.
 
- Komandanı bu mövsümə hazırlayanda yüksək yerlər uğrunda mübarizə aparacağınızı təsəvvür edirdiniz?
- Qətiyyən yox. Biz heç özümüz də inanmırdıq ki, “Qəbələ”, “Bakı” ilə heç-heçə edə bilərik. Bizim özümüzə də maraqlı gəlir ki, hər mövsüm yüksək yerlər uğrunda mübarizə aparan klublardan necə xal almağı bacarırıq. Lakin uğurdan-uğura komandada özünəinam artmağa başladı. “İnter”lə oyundan sonra bir qədər eniş hiss olunmağa başladı. Çünki çoxlu söz-söhbətlər gəzirdi. Lakin komanda ilə iki dəfə iclas keçirdik, başa saldıq ki, qarşıda daha çətin oyunlar olacaq. Biz təmiz, açıq futbol oynayırıq. “Simurq” danışılmış oyunlara getmir. Mənə kiməsə 15 min verib, 3 xal almaq asan olardı. Amma bu, kimə sərf edər ki? Fikrimcə, biz qarşıya qoyulan məqsədə 90 faiz nail olmuşuq. Lakin general olmaq istəməyən əsgər yaxşı əsgər sayıla bilməz. Başa düşürük ki, avrokuboklara düşmək çətin olacaq. Çünki “Neftçi”, “İnter” və “Qarabağ” kimi klublarla rəqabət aparmaq çox ağırdı. Buna baxmayaraq, biz cəhdlərimizi davam etdirəcəyik.
 
- Çempionatın ikinci hissəsində problemlər daha çox olur: danışılmış oyunlar, təzyiq, hakim səhvləri. “Simurq” bütün bunlara hazırdı?
- Biz belə hadisələrlə artıq çempionatın ilk hissəsində də qarşılaşmışıq. Lakin mən həmişə demişəm ki, hakimlik çempionatın öz səviyyəsindən asılıdı.
 
- Siz də əcnəbi hakimlərin gətirilməsinin tərəfdarlarındansınız?
- Bu yaxınlarda baş tutan iclasda mən bununla bağlı məsələ qaldırdım. Əksər klublar hakim səhvləri ilə bağlı şikayətlənirlər. Lakin məhz həmin klublar mənim bu ideyamı dəstəkləmək istəmədilər. Yalnız dörd klub bu ideyaya dəstək verdi.
 
- Rəqiblərinizdən hansıları xüsusi qeyd edə bilərsiz?
- “İnter”i fərqləndirmək olar. Komanda nəticə üçün oynayır. Lakin “Neftçi” ilə oyunda onu da göstərdilər ki, baxımlı futbol sərgiləməyi də bacarırlar. Fikrimcə, onlar qış fasiləsinə birinci yerdə çıxmağa layiq idilər.
 
- Əgər klub avrokuboklara vəsiqə qazansa, büdcəni artırmaq fikriniz var?
- Bu, heç də tam bizdən asılı olan məsələ deyil. Hər şey sponsorlarla danışıqlarımızdan asılıdı.
 
- “Simurq”un siyasəti necədi?
- Mən ötən mövsüm kluba gələndə favoritlərin əsəbləri ilə oynaya biləcək komanda yaratmağa qərar verdim. Lakin sonradan başa düşdük ki, daha çox şeyə nail ola bilərik. Əsas odu ki, klub strukturu düzgün qurulsun. Bu mövsüm seleksiya, menecment, intizam və digər məsələlərə daha həssaslıqla yanaşırıq. Uşaq futbolunu da qaldırmağa çalışırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.