29 yanvar 2013 11:56
Millimiz Rusiya ilə heç-heçə etdi
Moskva şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası Rusiyanın U-21 yığması ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 4:4 hesabı ilə başa çatıb.
Millimizin heyətində Dantas Jadder 2 qol vurub. Hərəyə 1 dəfə Amadeo və Vitali Borisov fərqlənib.
