30 yanvar 2013 00:18

Qarabağın Makedoniya klubu ilə oyununda nələr baş verdi?

Xəbər verdiyimiz kimi, “Qarabağ” ötən gün Türkiyədə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində 4-cü yoxlama oyununa çıxdı. Azerisport.az xəbər verir ki, Ağdam klubunun rəqibi Makedoniya çempionatında 2-ci pillədə qərarlaşmış “Turnovo” idi.
 
Qeyd edək ki, bu, artıq milllinin düşərgəsinə yollanan milli futbolçuların – Maksim Medvedev, Bədavi Hüseyinov, Qara Qarayev, Vüqar Nadirov, Vaqif Cavadovun Antalyada sonuncu hazırlığı idi. Komandanın baş məşqçisi Qurban Qurbanov adı çəkilən futbolçuları Bədavi xaric hamısını əsas heyətə salmışdı.
 
Ümumiyyətlə, “Ekranas”la baş tutmuş sonuncu yoxlama görüşüylə müqayisədə start heyətində 2 dəyişiklik vardı. Muaremi Əfran, Mironu isə Fərhad əvəzləmişdi.
 
Bakı vaxtıyla 17:00-da görüş start götürəndə əsl futbol havası vardı. İlk dəqiqələrdən “Qarabağ” topa nəzarət etsə də, makedonlar daha çox geridən oynadıqlarına görə qapı önündə ciddi təhlükələr qeydə alınmadı. Vüqar və Vaqifin bir neçə həmləsi ilk yarıda yadda qalan məqamlar oldu.
 
“Qarabağ” 2-ci yarıya 4 dəyişikliklə başladı. Vüqar, Maksim, Teli, Namiqin yerinə Subaşiç, Muarem, İlqar, Bədavi oyuna daxil oldu.
 
2-ci hissədə ərazi üstünlüyünü ələ alan “Qarabağ” ilk yarıyla müqayisədə rəqib qapısı önündə daha təhlükəli həmlələri ilə yadda qaldı. Özəlliklə, Vaqifin sola çəkilməsi, İlqarın sağ cinahdan hücumlara dəstək olması oyuna rənglilik qatırdı. Öncə Əfran qola yaxın oldu. Amma boş qapı önündə topa ayaq qoya bilmədi. Eyniylə İlqar Qurbanov qapıçıyla duelə yollansa da son zərbəni endirə bilmədi.  Ansi Aqollinin yerinə meydana daxil olan Təmkin Xəlilzadə  topu qazanaraq Vaqifi 2 dəfə əks-hücum şansı yaratsa da, son zərbə gəlmədi. Düzdü, sona 5 dəqiqə qalmış Vaqif  hesabı açmağa borclu idi. Amma Riçardın ötürməsiylə Vaqif qapıçıyla təkbətək çıxıb topu qolkiperin başı üzərindən tora göndərmək istəsə də, hədəfdən azacıq aralı keçdi.
 
Belədə, oyundan qol səsi çıxmadı. “Qarabağ”ın 4-cü hazırlıq matçında 0:0-lıq nəticə qeydə alındı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.