30 yanvar 2013 00:49
Afrika Millətlər Kuboku: Burkina Faso və Nigeriya da pley-offda!
Futbol üzrə Afrika Millətlər Kuboku davam edir. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin 11-ci oyun günündə C qrupu çərçivəsində son iki oyun baş tutub.
Burkina Faso Zambiya millisi ilə üz-üzə gəlib. Tərəflərin 90 dəqiqəlik mübarizəsində qalib müəyyənləşməyib.
Günün digər oyununda isə Efiopiya Nigeriya ilə üz-üzə gəlib. Nigeriyalılar rəqibi 2 cavabsız qolla məğlub ediblər.
Bu nəticələrdən sonra Burkina Faso və Nigeriya da pley-off mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, 12-ci oyun günündə D qrupu çərçivəsində Əlcəzair Fil Dişi Sahili, Toqo isə Tunis ilə üz-üzə gələcək.
Afrika Millətlər Kuboku
B qrupu
29 yanvar
Burkina Faso – Zambiya – 0:0
Efiopiya – Nigeriya – 0:2
Qollar: Moses, 80-pen; 90-pen.
| 1 | Burkina Faso | 3 | 1 | 2 | 0 | 5 | 1 | +4 | 5 |
| 2 | Nigeriya | 3 | 1 | 2 | 0 | 4 | 2 | +2 | 5 |
| 3 | Zambiya | 3 | 0 | 3 | 0 | 2 | 2 | 0 | 3 |
| 4 | Efiopiya | 3 | 0 | 1 | 2 | 1 | 7 | –6 | 1 |
