29 yanvar 2013 12:47
Nəzirovla Hüseynov Qəbələnin düşərgəsini tərk etdi
“Qəbələ”nin qapıçısı Anar Nəzirovla müdafiəçi Vurğun Hüseynov komandanın düşərgəsini tərk edib. Azerisport.az xəbər verir ki, onlar Antalyadan birbaşa Dubaya yola düşüblər.
Məsələ burasındadı ki, hər iki futbolçu bu gün start götürəcək yığmamızın təlim-məşq toplanışında iştirak etməlidilər. Nəzirovla Hüseynov millimizin Özbəkistan və Lixtenşteynlə sınaq matçlarında da iştirak etmək şansına malikdilər.
