30 yanvar 2013 00:54
Yığmamız Türkiyə klubuna qalib gəldi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, “Muradpaşa Bələdiyyəspor” klubunun U-17 komandası ilə qarşılaşan yığmamız 3:1 hesablı qələbə qazanıb.
Türkiyə təmsilçisinin qapısından 2 topu Roman Hüseynov keçirib. 1 dəfə isə Şahban Cəbrayılov fərqlənib.
