29 yanvar 2013 13:22
Mitreski: Bizim üçün vacib olan ölkə çempionatı və kubokudu
Antalya hazırlığını davam etdirən "Neftçi"nin müdafiəçisi İqor Mitreski fikirlərini klubun rəsmi saytına bölüşüb. Azerisport.az xəbər verir ki, makedoniyalı futbolçu bunları dilə gətirib:
"Hazırlığın ilk günündən məşqlərdə maksimum qüvvə sərf edirik. İstər fiziki,istərsə də taktiki baxımdan daha yaxşı səviyyəyə gəlmişik. Düşünürəm ki, bu göstəriciləri hazırlığı sonuna kimi daha da artıracağıq. Qarşıda daha 2 matçımız var. Bu oyunlar yoxlama xarakteri daşıyır. Əsas odur ki, hər kəs bu qarşılaşmalarda çıxış etmək şansı qazanır. Bizim üçün vacib olan ölkə çempionatı və kubokudu. Hər iki mükafatı qazanmaqda israrlıyıq".
