30 yanvar 2013 01:17
Yığmamız Rusiya klubu ilə heç-heçəyə razılaşdı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamız Rusiyanın “Anji” klubunun əvəzedici heyətinə qarşı keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Yığmamızın heyətində Vəkil Talıbov fərqlənib.
