30 yanvar 2013 01:26
Azərbaycan yığması Rusiya ilə yenə sülh bağladı
Moskva şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası Rusiyanın U-21 yığması ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Millimizin heyətində Felipe və Vitali Borisov fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında yanvarın 28-də keçirilən qarşılaşma da heç-heçə yekunlaşmışdı – 4:4.
