29 yanvar 2013 20:55
AZAL Finlandiya klubunu darmadağın etdi (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan AZAL qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün dördüncü yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, “təyyarəçilər” Finlandiyanın "Zenith Myllypuro" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma "təyyarəçilər"in 4 cavabsız qollu qələbəsiylə başa çatıb.
Xatırladaq ki, Vaqif Sadıqovun yetirmələri Antalyadakı ilk matçında Ukraynanın “Volın” klubuna 1:3 hesabıyla uduzmuşdular. Çinin “Dalyan” klubu ilə qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. Bolqarıstanın “Etır” klubu ilə qarşılaşma isə hesab 1:0 “təyyarəçilər”in xeyrinə olarkən yarıda dayandırılmışdı.
Yoxlama oyunu
29 yanvar
AZAL- Zenith Myllypuro - 4:0 (1:0)
Qol: Nildo, 31 (1:0), Benuahi, 54 (2:0), Boqdanoviç, 78 (3:0), İbekoyi, 87 (4:0)
Oyun başladı
31. Nildo dəqiq zərbə ilə hesabı açır - 1:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
54. Benuahi hesab arasındakı fərqi artırır - 2:0
78. Boqdanoviç hesabı darmadağın həddinə çatdırır - 3:0
87. İbekoyi oyunda son nöqtəni qoyur - 4:0
Matç başa çatdı
AZAL-ın start heyəti: Məcidov, Nduka, Aylton, Arsenyeviç, Fransisko, İbekoyi, Novruzov, Benuahi, Tağıyev, Nildo, Radoviç.
