30 yanvar 2013 01:45
İtaliya Kuboku: Lazio Juveni finala buraxmadı
Futbol üzrə İtaliya Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir. Azerisport.az xəbər verir ki, ötən gecə artıq ilk finalçının adına aydınlıq gəlib.
Belə ki, “Lazio” evdə “Juventus”la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Beləcə, ilk oyun heç-heçə bitdiyindən, son İtaliya çempionu mübarizəni dayandırıb. “Lazio” isə finala çıxıb.
Qeyd edək ki, digər yarımfinal matçında “Roma” “İnter”in qonağı olacaq. Bu komandalar arasındakı ilk görüşdə paytaxt klubu 2:1 hesabıyla üstün olmuşdu. Cavab görüşü isə fevral ayında keçiriləcək.
İtaliya Kuboku
Yarımfinal (cavab oyunu)
29 yanvar
Lazio – Juventus – 2:1 (ilk oyun 1:1)
Qollar: Qonsales, 53, Flokkari, 90 – Vidal, 90.
